Yunanıstan mətbuatı “Qarabağ”dan yazdı: “Çox təhlükəli komandadır”

Hazırda oxunan: Yunanıstan mətbuatı “Qarabağ”dan yazdı: “Çox təhlükəli komandadır”

209579

Yunanıstanda “Olimpiakos”un Avropa Liqasının əsas mərhələsinin püşkatmasının nəticələrini şərh edərkən, Pirey klubunun rəqiblərindən birinə çevrilən “Qarabağ”a da yer veriblər.

Bizim.Media xəbər verir ki, “fosonline” portalı Azərbaycan çempionu haqqında bunları yazıb:

"Qarabağ" çox aqressiv və təhlükəli komandadır. Onlar bunu ötən mövsüm Avropa Liqasında “Bayer”ə qalib gəlməyə (2:2, 2:3) bir addım qalaraq sübut etdilər. Üstəlik, bunu 2022-ci ildə “Olimpiakos”u öz meydanında 3:0 hesabı ilə məğlub edəndə göstərdilər. O vaxtdan bəri bu komandalar arasında görüş olmayıb, hər ikisi uğur qazanıb".

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin