Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 31-ci pillədə qərarlaşıb.
Bizim.Media xəbər verir ki, yığmanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.
Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.
Siyahıya Çin (33 qızıl, 27 gümüş, 11 bürünc) başçılıq edir. Böyük Britaniya (23 qızıl, 12 gümüş, 8 bürünc) ikinci, ABŞ (8 qızıl, 11 bürünc, 8 bürünc) üçüncüdür.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:22 / 02.09.2024
Paris-2024: Azərbaycan medal sıralamasında 31-ci pillədədir
Hazırda oxunan: Paris-2024: Azərbaycan medal sıralamasında 31-ci pillədədir
Hazırda oxunan: Paris-2024: Azərbaycan medal sıralamasında 31-ci pillədədir
Paris-2024: Azərbaycan medal sıralamasında 31-ci pillədədir. Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal ilə 31-ci pillədə yer alır. Raman Saley, İmaməddin Xəlilov və Sabir Zeynalov təmsilçilik edir. Çin liderlik edir.
209569
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.