Bu gün Azərbaycanın iki təmsilçisi Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.
Bizim.Media xəbər verir ki, T12 kateqoriyasında yer alan Səid Nəcəfzadə uzunluğa tullanma növündə çıxış edəcək.
Bu yarışa Bakı vaxtı ilə 12:00-da start veriləcək.
Ardınca paraüzgüçü Raman Saley uğur qazanmağa çalışacaq. O, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə bacarığını göstərəcək. Təsnifat mərhələsi saat 12:45-də başlayacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:30 / 02.09.2024
Paris-2024: Azərbaycanın iki paralimpiyaçısı bu gün mübarizə aparacaq
Hazırda oxunan: Paris-2024: Azərbaycanın iki paralimpiyaçısı bu gün mübarizə aparacaq
Hazırda oxunan: Paris-2024: Azərbaycanın iki paralimpiyaçısı bu gün mübarizə aparacaq
Paris-2024 Paralimpiya Oyunlarında Azərbaycanın iki paralimpiyaçısı bugün mübarizə edəcək. Səid Nəcəfzadə tullanma növündə, Raman Saley isə üzməkdə yarışacaq. Azərbaycanın əvvəlki medal uğurlarını da xatırlayacaq.
209558
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.