Renat Dadaşov fərqləndi, komandası qalib gəldi

Hazırda oxunan: Renat Dadaşov fərqləndi, komandası qalib gəldi

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu Ankaragücü klubunun İstanbulspor'u məğlub etdiyi qarşılaşma.
209540

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Ankaragücü" klubu doğma meydanda "İstanbulspor"u məğlub edib.

Bizim.Media  xəbər verir ki, hesabı 39-cu dəqiqədə açan Renat Dadaşov komandasını irəli çıxarıb. Məğlubiyyətlə barışmayan qonaqlar fasilədən sonra hesabı bərabərləşdiriblər.

Muammer Sarıkaya 68-ci dəqiqədə bərabərlik qolunu vurub - 1:1.

Görüşün sonlarına doğru aktivliyini artıran "Ankaragücü" futbolçuları qələbə qolunu vurublar.

Ekfan Bekiroğlu 89-cu dəqiqədə görüşdə son nöqtəni qoyub - 2:1.

Qeyd edək ki, altı xalı olan "Ankaragücü" hazırda yeddinci pillədə qərarlaşıb.

"İstanbulspor" isə doqquz xalla turnir cədvəlinin vahid lideridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin