"Trabzonspor" Abdullah Avcı ilə yolları AYIRDI

Hazırda oxunan: "Trabzonspor" Abdullah Avcı ilə yolları AYIRDI

209308

Türkiyənin "Trabzonspor" klubu baş məşqçisi Abdullah Avcı ilə yolları ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Türkiyəli mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verildiyi bildirilib.

Qeyd edək ki, Avcı 2020-ci ilin noyabrından 2023-cü ilin mart ayınadək "Trabzonspor"a baş məşqçilik edib. O, daha sonra 2023-cü ilin oktyabrında komandaya gətirilmişdi. "Qara dənizlilər" onun rəhbərliyi altında  1 dəfə ölkə çempionu olub, 2 dəfə Türkiyə Superkubokunu qazanıb.

"Trabzonspor" bu mövsüm Superliqada cəmi 1 oyun keçirib və 1 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin