“Trabzonspor” baş məşqçini istefaya GÖNDƏRDİ

Hazırda oxunan: “Trabzonspor” baş məşqçini istefaya GÖNDƏRDİ

209182

"Trabzonspor" baş məşqçi Abdulla Avcını istefaya göndərib. 

Bizim.Media xəbər verir ki, təcrübəli mütəxəssislə klub rəhbərliyi ilə görüşdən sonra bu qərar çıxarılıb. 

Konfrans Liqasının pley-offunda mübarizəni dayandıran "Trabzonspor" uğursuzluğu Avcıya bağışlamayıb. 2021/2022 mövsümündə komandaya Türkiyə çempionluğu qazandıran 51 yaşlı mütəxəssis növbəti mövsümdə istefa vermişdi. Onun klubdakı ikinci dövrü də uzun çəkməyib.

Qeyd edək ki, trabzonlular Avcının rəhbərliyi ilə 45 oyunda 26 qələbə qazanıb, 6 dəfə heç-heçə oynayıb, 13 dəfə uduzub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin