Rusiyada “Lokomotiv”in və Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyevə qarşı cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Belə ki, bundan əvvəl Əliyev sosial şəbəkədə paylaşdığı videoda Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətində dinc sakinləri öldürməyə çağırıb.
A.Əliyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci (terror fəaliyyətinə açıq çağırışlar) maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir. Onun axtarışa verildiyi bildirilib.
Qeyd edək ki, Aleksandr Əliyev Rusiyanın Xabarovsk şəhərində doğulub və 12 yaşına kimi Rusiyada yaşayıb. Atası hərbi pilot, anası isə Kurskdandır. Bundan əlavə, məlumatlara görə, Əliyevin bəzi qohumları hələ də Kurskda yaşayır. Onun Rusiya vətəndaşlığı da mövcuddur.
Bizim.Media