Azərbaycan cüdo yığmasının Zaqreb Qran-prisində çıxış edəcək heyəti bəlli olub.
Bizim.Media xəbər verir ki, Xorvatiya paytaxtında millinin heyətində 6 çəki dərəcəsində 10 idmançı yer alacaq.
Sentyabrın 13-15-də keçiriləcək turnirdə Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev, Nazir Talıbov (hər ikisi 66 kq), İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Ömər Rəcəbli, Zaməddin Poladov (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq) və İmran Yusifov (+100 kq) mübarizə aparacaq. Qeyd edək ki, Qran-pridə 37 ölkənin cüdoçuları yarışacaqlar.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:50 / 29.08.2024
Millimizin Qran-pri üçün heyəti AÇIQLANDI
Hazırda oxunan: Millimizin Qran-pri üçün heyəti AÇIQLANDI
Hazırda oxunan: Millimizin Qran-pri üçün heyəti AÇIQLANDI
209015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.