Məşhur amerikalı basketbolçu Lebron Ceymsin 2002-ci ildə “Sports Illustrated” jurnalının üzqabığı üçün təşkil edilən fotosessiyasında geyindiyi mayka sentyabrda Honq-Konqda baş tutacaq “Legends In Motion” hərracının əsas subyekti olacaq.
Bizim.Media xəbər verir ki, formanı Lebron Sent Vinsent kollecində oynayarkən geyinirdi.
Oyun formasının 1-2 milyon dollara satılacağı təxmin edilir. Bu da hərracda satılan orta məktəb basketbol forması üçün yeni dünya rekordunu yeniləməlidir.
“Bu əfsanəvi forma Lebronun basketbol krallığına yüksəlişində mühüm məqamı təmsil edir və idman xatirələri kolleksiyaçıları, tarixçilər və azarkeşlər üçün arzuedilən əşyalarından biridir”, – deyə “Julien’s Auctions”ın baş direktoru Devid Qudman “Bleacher Report”a verdiyi açıqlamada bildirib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
20:48 / 29.08.2024
Məşhur basketbolçunun məktəbli forması rekord qiymətə SATILACAQ
Hazırda oxunan: Məşhur basketbolçunun məktəbli forması rekord qiymətə SATILACAQ
Hazırda oxunan: Məşhur basketbolçunun məktəbli forması rekord qiymətə SATILACAQ
Məşhur basketbolçunun məktəbli forması rekor qiymətə satılacaq. Lebron Ceymsin 2002-ci ildə geyindiyi mayka, Sent Vinsent kollecində oynadığı formadır. Maykanın hərracda 1-2 milyon dollara satılması təxmin olunur və yeni dünya rekordu qırılacaq.
209000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.