UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün təsnifat mərhələsinin bombardiri müəyyənləşib.
Bizim.Media xəbər verir ki, "Qarabağ"ın hücumçusu Olavio Juninyo 6 qolla ən sərrast futbolçu olub.
Braziliyalı forvard ən yaxın izləyicisi Arne Frederiksberqi ("Klaksvik", Farer adaları) 1 top qabaqlayıb. 28 yaşlı oyunçu 6 qolun 4-nü II təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubunun, 2-ni isə III raundda Bolqarıstanın "Lüdoqorets" kollektivinin qapısından keçirib.
Qeyd edək ki, pley-offda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna hər iki matçda (0:3, 0:2) uduzan "Qarabağ" mübarizəni Avropa Liqasının əsas mərhələsində davam etdirəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:13 / 29.08.2024
Çempionlar Liqası: "Qarabağ"ın hücumçusu təsnifat mərhələsinin bombardiri oldu
Hazırda oxunan: Çempionlar Liqası: "Qarabağ"ın hücumçusu təsnifat mərhələsinin bombardiri oldu
Hazırda oxunan: Çempionlar Liqası: "Qarabağ"ın hücumçusu təsnifat mərhələsinin bombardiri oldu
208939
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.