Türkiyənin “Qalatasaray” komandası Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qalatasaray"ın heyətində Abdulkərim Bardakçı 84-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Komandalar arasında cavab oyunu avqustun 27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Bizim.Media