“Qalatasaray” və “Trabzonspor”un oyunu təxirə salındı

Hazırda oxunan: “Qalatasaray” və “Trabzonspor”un oyunu təxirə salındı

207063

Türkiyə Super Liqasında 3-cü turun 3 oyunu təxirə salınıb.

Bizim.Media xəbər verir ki, buna səbəb klubların avrokubokların pley-off mərhələsində iştirak etməsidir.

Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti yayıb. "Qalatasaray" - "Qaziantep", "Trabzonspor" - "Kayserispor" və "Samsunspor" - "Başakşehir" matçları başqa vaxt oynanılacaq. "Qalatasaray" Çempionlar Liqasında, "Trabzonspor" və "Başakşehir" isə Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparır. Avropa Liqasında yer alan "Beşiktaş"ın isə təqvimə əsasən 3-cü turda oyunu yoxdur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin