Ötən ilin yayında gözlənilmədən “Qarabağ”ı “Neftçi”yə dəyişən Qara Qarayev klubunu tərk edə bilər.
Bizim.Media xəbər verir ki, Adrian Mutu və Miodraq Bojoviçin zamanında tez-tez əsas heyətdə görünən yarımmüdafiəçi Roman Qriqorçukun gəlişi ilə ehtiyat simaya çevrilib.
Yeni baş məşqçi Premyer Liqanın ilk iki turunda ona şans verməyib. Qarayev ukraynalı çalışdırıcının planlarında yer almır. O, bunu futbolçunun özünə də söyləyib. Sabiq “Qəbələ”li Q.Qarayevə yeni komanda axtarmağı məsləhət görüb.
Emin Mahmudova görə “Neftçi”yə gəlmiş dayaq yarımmüdafiəçisi hələlik qeyri-müəyyənlik içərisindədir.
Bizim.Media