Paris-2024: Azərbaycan olimpiadalar tarixində ən yaxşı göstəricisinə imza atıb

Hazırda oxunan: Paris-2024: Azərbaycan olimpiadalar tarixində ən yaxşı göstəricisinə imza atıb

206174

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını 30-31-ci pillələrdə başa vurmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb.

Bizim.Media xəbər verir ki, aktivində 2 qızıl, 2 gümüş və 3 bürünc mükafat olan komandamız yarış cədvəlində sözügedən mövqeləri Xorvatiya ilə bölüşüb.

Yığmamızın qərarlaşdığı 30-cu yer olimpiadalar tarixində ən yaxşı nəticə kimi tarixə düşüb. Bununla da ölkəmiz 32-ci yeri tutduğu London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəni üstələyib.

Qeyd edək ki, Azərbaycanın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin