“Neftçi”dən ayrılan Azərbaycan millisinin üzvü Eddi İsrafilovun yeni klubu bəlli olub.
Bizim.Media xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını Malayziyada davam etdirəcək.
Millimizin də şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi bu ölkənin “Cohor Darul Takzim” komandası ilə 1 illik müqavilə imzalayıb. Xatırladaq ki, “Neftçi” Eddi İsrafilovla bu yay yollarını ayırmışdı. Təcrübəli futbolçunun başa çatan müqaviləsi yenilənməmişdi. 2022-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş İsrafilov bu müddət ərzində 71 oyunda 7 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:46 / 11.08.2024
Millimizin üzvü Malaziya klubuna keçdi
Hazırda oxunan: Millimizin üzvü Malaziya klubuna keçdi
Hazırda oxunan: Millimizin üzvü Malaziya klubuna keçdi
206168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.