Paris Olimpiadası ilə bağlı qalmaqallar bitmək bilmir.
Bizim.Media xəbər verir ki, bu dəfə "Eurosport" telekanalının saytında Paris Olimpiadasında çıxış edən ukraynalı gimnast Mariya Vısoçanskayanın profilində Lvov Rusiya şəhəri kimi göstərilib.
İdmançı Olimpiya Oyunlarında bədii gimnastika üzrə Ukrayna komandasının tərkibində çoxnövçülük üzrə qrupda çıxış edib. Ukraynalılar yeddinci yeri tutublar.
Qeyd edək ki, Parisdə keçiriləcək Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.
Bizim.Media