Azərbaycan Paris olimpiadasında altıncı medalı qazanıb

Hazırda oxunan: Azərbaycan Paris olimpiadasında altıncı medalı qazanıb

206083

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Bizim.Media xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı polşalı Robert Baranla üz-üzə gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Güləşçimiz bürünc medal qazandı


Rəqibini 9:3 hesabı ilə məğlub edən idmançımız Olimpiya üçüncüsü olub.

Qeyd edək ki, bununla da Azərbaycanın Paris olimpiadasında qazandığı medalların sayı altıya çatıb. Daha əvvəl Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin