Kursk vilayətindən 424 nəfər Moskvaya təxliyə edilib
Bizim.Media xəbər verir ki, bu barədə qubernator Andrey Vorobyov Telegram kanalında məlumat verib.
Qeyd olunur ki, ilk olaraq uşaqlar və əlillər təxliyə edilib.
“Son iki gün ərzində burada 131 nəfəri qəbul etmişik, onlardan 101-i uşaqdır. Ümumilikdə 424 nəfər qəbul edilib”, - qubernator yazıb.
Bundan əvvəl 100-ü uşaq olmaqla 130 nəfərin Kursk vilayətindən Moskva vilayətinə təxliyə olunduğu bildirilirdi.
Bizim.Media