Alfonso Dominqesin həyat yoldaşı: “Onun barəsində yazılanları oxuyub pis oluram”

Hazırda oxunan: Alfonso Dominqesin həyat yoldaşı: “Onun barəsində yazılanları oxuyub pis oluram”

205980

“Alfonso üçün 92 kq-a öyrəşmək çox çətin idi, amma ona 3-4 ay kifayət etdi”.

Bizim.Media xəbər verir ki, bunu İdman.biz-ə Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqesin həyat yoldaşı Nigar Dominqes deyib.

O, həyat yoldaşının Fransa paytaxtında ikinci olmasına münasibət bildirib.

Nigarın sözlərinə görə, 81 kq, 86 kq və ardınca 92 kq-da döyüşmək Dominqes üçün heç də asan olmayıb: “Hər gün məşq edir, çox əziyyət çəkirdi. Çox xoşbəxtəm ki, Alfonso Azərbaycanı iki dəfə Olimpiadada təmsil edib və yenə əliboş qayıtmır. Əslində o özü də, biz də qızıl medal gözləyirdik. Ancaq buna da şükürlər olsun ki, zədəsi olmadan sağ-salamat evə qayıdacaq”.

Azərbaycan tarixində 2 Olimpiya medalı olan yeganə boksçunun həyat yoldaşı Alfonso barədə yazılan mənfi rəyləri oxuyub pis olduğunu da deyib: “O bu rəylərə layiq deyil. Döyüşdən sonra sosial şəbəkələrdə yazılanları oxuyub, düzü, çox pis oluram”.

Qeyd edək ki, Dominqes Paris-2024-də final döyüşündə Lazizbek Mullojonova (Özbəkistan) məğlub olub və Olimpiadanı gümüş medalla bitirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin