Azərbaycan güləşçisi: Sevinirəm, amma qızıl medalın yeri başqadır

Hazırda oxunan: Azərbaycan güləşçisi: Sevinirəm, amma qızıl medalın yeri başqadır

Azərbaycan güləşçisi Həsrət Cəfərov Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bürünc medal qazanaraq sevincini ifadə edib.
205758

Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım.

Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

Azərbaycan yığmasının üzvü üçüncü yer uğrunda görüşdə qələbə qazandığı üçün sevincli olduğunu söyləyib:
 

"Məni dəstəkləyən və qələbəmə sevinən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Bürünc medal qazandığım üçün xoşbəxtəm. Amma təbii ki, qızıl medalın sevinci bir başqa olardı. Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım. Sanki güləşçilərimizin üzərində qara buludlar var idi, medal qazana bilmirdilər. İnşallah, digər güləşçilərimiz uğurun davamını gətirəcək".


Qeyd edək ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə qırğızıstanlı Amantur İsmayılova 8:0 hesabı ilə qalib gəlib. Bununla da o, Azərbaycanın güləş yığmasının aktivinə ilk medalı yazdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin