Fransada keçirilən Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışlarına start verilib.
Bizim.Media xəbər verir ki, fərdi çoxnövçülükdə çıxış edən 24 iştirakçı təsnifat mərhələsini başa vurub.
Azərbaycan gimnastı Zöhrə Ağamirova 4 hərəkətin yekununda 117,850 xal toplayıb. Onun topla çıxışı 30,200, halqa ilə 32,500, lentlə 28,400 və gürzlərlə 26,750 xalla qiymətləndirilib. Ağamirova bu göstərici ilə yarışı 19-cu pillədə başa vurub.
Dörd hərəkətin yekununda ilk 10 yeri tutan gimnastlar sabahkı finala vəsiqə qazanıb.
Bizim.Media