Çinli idmançı 3 olimpiya rekordu vurdu

Hazırda oxunan: Çinli idmançı 3 olimpiya rekordu vurdu

205742

Çinli ağırlıqqaldıran Şifan Lu 3 Olimpiya rekorduna imza atıb.

Bizim.Media xəbər verir ki, o, 59 kq çəki dərəcəsində bu uğura nail olub. 2023-cü dünya çempionu birdənqaldırmada 107, təkanlaqaldırmada isə 134 kq çəkini ram edib.

Hər iki nəticə Olimpiya Oyunlarında ilk dəfə qeydə alınıb. Cəmdə 241 kq çəkinin öhdəsindən gələb Şifan çempion tituluna sahib çıxıb.

Qeyd edək ki, kanadalı Mod Şarron (236 kq) gümüş, tayvanlı Ko Sinçun (235 kq) isə bürünc medal qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin