Güləş həyatımın önəmli bir parçasına çevrilib. Günümün hər saatında güləş barədə düşünürəm. Hətta deyə bilərəm ki, bundan başqa həyatımda maraqlı bir şey yoxdur.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Dünya Güləş Birliyinin mətbuat xidmətinə açıqlamasında deyib.
67 kiloqram çəki dərəcəsində yer alan idmançı Fransanın paytaxtına yollanmadan qabaq olimpiya çempionları ilə söhbətləşdiyini bildirib: “Onlardan olimpiadanın ab-havası barədə məlumat aldım. Olimpiya çempionu olmağımı çox arzulayıram. Hətta bunu özüm də təsəvvürümə gətirə bilmirəm. Ümid edirəm ki, çempionluq arzum reallaşacaq”.
Xatırladaq ki, H.Cəfərov 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn idmançı yarımfinala vəsiqə qazanıb. O, bu raundda Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibovla qarşılaşacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:20 / 07.08.2024
Həsrət Cəfərov: “Olimpiya çempionu olmaq arzum reallaşacaq”
Hazırda oxunan: Həsrət Cəfərov: “Olimpiya çempionu olmaq arzum reallaşacaq”
Hazırda oxunan: Həsrət Cəfərov: “Olimpiya çempionu olmaq arzum reallaşacaq”
Həsrət Cəfərovun olimpiya çempionu olmaq arzusu və mövqeyi ilə bağlı açıqlamaları. Paris-2024 Olimpiya Oyunlarında çıxış edən AZ güləşçisi H.Cəfərovun fikirləri.
205551
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.