Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, 77 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən erməni əsilli Ayk Mnatsakanyanla qarşılaşıb.
Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. S.Süleymanov 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gələcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:40 / 06.08.2024
Paris-2024: Güləşçimiz erməni rəqibinə qalib gələrək 1/4 finala yüksəldi
Hazırda oxunan: Paris-2024: Güləşçimiz erməni rəqibinə qalib gələrək 1/4 finala yüksəldi
Hazırda oxunan: Paris-2024: Güləşçimiz erməni rəqibinə qalib gələrək 1/4 finala yüksəldi
Paris-2024: Sənan Süleymanov erməni rəqibinə qalib gələrək 1/4 finala yüksəldi. Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başladı. 77 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən erməni əsilli Ayk Mnatsakanyanla qarşılaşdı və 2:0 hesablı qələbə qazandı. S.Süleymanov 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gələcək. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu oldu. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin etdi.
205343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.