Paris-2024: İdmançımız çəkic atma yarışlarında mübarizəyə başladı

Hazırda oxunan: Paris-2024: İdmançımız çəkic atma yarışlarında mübarizəyə başladı

205021

Azərbaycanı Paris-2024-də çəkic atma yarışında təmsil edən Anna Skidan mübarizəyə start verib.

Bizim.Media xəbər verir ki, A qrupunda yarışan idmançımız ilk cəhdində 69.58 metr nəticə göstərib.
 

O, ikinci cəhdində isə çəkici 69,04 metr məsafəyə atıb. İdmançımız üçüncü cəhdində 72.55 metr nəticə ilə yadda qalıb. Atletimiz bu nəticələrə görə hazırda 3-cü pillədə qərarlaşıb və finala çıxmaq şanslarını saxlayıb.


Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin