Olimpiadanın qızıl mükafatçısı cüdoçu Zelim Kotsoyev sevincdən üç gün yata bilmədiyini deyib.
Bizim.Media xəbər verir ki, bu barədə idmançı Parisdən qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
“Eyforidayam. Üçüncü gündür ki, sevincdən yata bilmirəm. Azərbaycana qızıl medal gətirə bildiyimə görə çox şadam”, – o söyləyib.
İdmançı onun üçün “dua edən, nigaran qalan, dəstəkləyənlərə qısamüddətli də olsa xoşbəxtlik verməkdən” məmnun olduğunu vurğulayıb.
Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular Hidayev Heydərov və Zelim Kotsoyev, həmçinin onlarla birgə mübarizə aparmış azərbaycanlı cüdoçular Bakıya qayıdıblar.
Bizim.Media