Paris-2024: İdmançılarımızın bugünkü YARIŞ CƏDVƏLİ – FOTO

Hazırda oxunan: Paris-2024: İdmançılarımızın bugünkü YARIŞ CƏDVƏLİ – FOTO

Paris-2024 Olimpiya Oyunlarına katılan Azərbaycan idmançılarının bugünkü yarış cədvəli. 3x3 basketbol, cüdo, batut gimnastikası, boks və daha bir çox.

204680

Bu gün Azərbaycanın üç idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

Bizim.Media xəbər verir ki, 3x3 basketbol yığması 5-ci matçında Avstraliya, daha sonra Çin komandası ilə üz-üzə gələcək.
 

100 kq-dan yuxarı çəkidə mübarizə aparan cüdoçu Uşanqi Kokauri 1/16 final mərhələsində Rafael Silvanın (Braziliya) müqavimətini qırmağa çalışacaq.


Batut gimnastikası üzrə millimizin üzvü Selcan Mahsudova təsnifat mərhələsində bacarığını göstərəcək.

Boksçu Murad Allahverdiyev (80 kq) isə 1/4 finalda Qazaxıstandan olan Nurbek Oralbayla döyüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin