Çox sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi. Bizim.Media xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Zelim Kotsoev deyib.
Azərbaycan yığmasının üzvü bu qələbəyə görə hədsiz dərəcədə sevincli olduğunu bildiib: "Çox sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi. Bu işdə hər kəsin zəhməti var. Həm Azərbaycan Cüdo Federasiyası, həm də məşqçilərimiz çox çalışdılar. Bu gün səhər yuxudan oyananda özümü çox gümrah hiss edirdim. Qızıl medal qazanmağımda Hidayət Heydərovun rolu az olmadı. Onun uğurları məni qələbəyə köklədi. Hidayət bütün gün zalda mənimlə bərabər olub, öz dəstəyini göstərib. Final görüşünün sonlarında məğlubiyyətlə barışmaq istəmirdim. Çalışırdım ki, rəqib idmançı səhvə yol versin və bu baş verdi".
Qeyd edək ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev finalda gürcüstanlı İlya Sulamanidzeyə qalib gələrək olimpiya çempionu olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:00 / 01.08.2024
Olimpiya çempionumuz: “Sevinirəm ki, əziyyətimiz hədər getmədi”
Hazırda oxunan: Olimpiya çempionumuz: “Sevinirəm ki, əziyyətimiz hədər getmədi”
Hazırda oxunan: Olimpiya çempionumuz: “Sevinirəm ki, əziyyətimiz hədər getmədi”
204655
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.