"Transfermarkt" portalı 2000-ci ildən bəri avrokuboklarda baş məşqçi kimi ən çox iştirak edən mütəxəssislərin siyahısını açıqlayıb.
Bizim.Media xəbər verir ki, siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da yer alıb.
Mütəxəssis Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında ümumilikdə 165 matç keçirib. O, 67 görüşdən qalibiyyətlə ayrılıb. Qurban Qurbanov sıralamada 7-ci olub.
Siyahıya portuqaliyalı mütəxəssis, hazırda "Fənərbaxça"nı çalışdıran Joze Mourinyo liderlik edir. O, Avropa turnirlərində 231 matçda 131 qalibiyyət əldə edib. Mirça Luçesku 2-ci, Karlo Ançelotti isə 3-cüdür.
Bizim.Media