Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 16-cı pillədə qərarlaşıb.
Bizim.Media xəbər verir ki, hələlik komandanın aktivində bir qızıl mükafat var.
Belə ki, Cüdoçu Hidayət Heydərov (73 kq) iyulun 29-da olimpiya çempionu adını qazanıb.
Ölkəmizlə birlikdə Yeni Zelandiya, Rumıniya, Sloveniya Serbiya və Özbəkistan da bir qızıl medalla 16-cıdır. Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 24-cü, Gürcüstan isə 28-ci sıradadır.
İlk üçlükdə Yaponiya (7 qızıl, 2 gümüş, 4 bürünc), Çin (6 qızıl, 6 gümüş, 2 bürünc) və Avstraliya (6 qızıl, 4 gümüş, 1 bürünc) yer alıblar. Hələlik 43 ölkə mükafat əldə edə bilib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
10:43 / 31.07.2024
Paris-2024: Azərbaycan medal sıralamasında 16-cıdır
Hazırda oxunan: Paris-2024: Azərbaycan medal sıralamasında 16-cıdır
Hazırda oxunan: Paris-2024: Azərbaycan medal sıralamasında 16-cıdır
204386
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.