Serbiya millisinin daha bir üzvü "Araz-Naxçıvan"da

Hazırda oxunan: Serbiya millisinin daha bir üzvü "Araz-Naxçıvan"da

203873

UEFA Çempionlar Liqasının hazırlığını davam etdirən “Araz-Naxçıvan” futzal klubu transfer çalışmalarını davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, son çempion Serbiya millisinin üzvü ilə anlaşıb.

Marko Prşiç yeni mövsümdə “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq. Yeri gəlmişkən, 33 yaşlı müdafiəçi ilə “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov vaxtı ilə Serbiyanın “Ekonomaç” klubunda birgə çıxış ediblər. Futzalçının sonuncu klubu Küveyt “Al Arabi”si olub. 

Qeyd edək ki, braziliyalı Kadinyo, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan), Giovanni Valerio “Torreense” (Portuqaliya), İlham Alıyev (U-19) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin