“Trabzonspor”un futbolçusu “Neftçi”yə KEÇƏ BİLƏR

Hazırda oxunan: “Trabzonspor”un futbolçusu “Neftçi”yə KEÇƏ BİLƏR

203098

“Neftçi” Türkiyədə çıxış edən daha bir futbolçuya göz dikib. 

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, Bakı klubu “Trabzonspor”un yarımmüdafiəçisi Murat Cem Akpınarla maraqlanır. 

Lakin 25 yaşlı orta sahə oyunçusunu heyətə cəlb etmək “ağ-qaralar” üçün asan olmayacaq. Çünki “Antalyaspor”, “Sakaryaspor”, “Bandırmaspor” və “Kocaelispor” da onu transfer etmək niyyətindədirlər. 
Ötən mövsümü icarə əsasında “Sakaryaspor”da keçirən Murat Cem Akpınar Azərbaycanın aşağı yaş qrupu üzrə yığmalarında çıxış edib.

Bu da o deməkdir ki, “Neftçi” onun xidmətindən yerli oyunçu kimi yararlana bilər. Bu amil paytaxt təmsilçisinin transferdə israrlı olmasına yol açıb. 

Qeyd edək ki, ötən mövsüm “Sakaryaspor”un heyətində 29 rəsmi oyunda 2 qol, 7 ötürmə ilə yadda qalan Murat Cem Akpınarın “Trabzonspor”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. O, 2016-cı ildə U-17 və U-18 yığmalarımızın formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin