Azərbaycan şahmatçısı çempion oldu

Hazırda oxunan: Azərbaycan şahmatçısı çempion oldu

Azərbaycan şahmatçısı Eltac Səfərli Belqradda təşkil olunan Serbiya Open-2024 şahmat turnirində çempionluq əldə etdi. Turnirdə 36 ölkədən 138 şahmatçı iştirak edib.

202984

Eltac Səfərli Belqradda təşkil olunan Serbiya Open-2024 şahmat turnirinin qalibi olub. 

Bizim.Media xəbər verir ki, o, 9 turdan sonra 7,5 xal toplayıb. 

Azərbaycanlı şahmatçı sonuncu turda Boyan Maksimoviçlə (Bosniya-Herseqovina) xalları yarıya bölüb. Bu, Eltaca 1-ci pillədəki mövqeyini qorumaq imkanı verib. Turnirin mükafat fondu 35 min avro olub. 

Qeyd edək ki, Serbiya Open-2024-də 36 ölkədən 138 şahmatçı qələbə uğrunda mübarizə aparıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin