Millimizin üzvü yeni klubunda debüt etdi

Hazırda oxunan: Millimizin üzvü yeni klubunda debüt etdi

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni klubu Radomyak Polşa Ekstraklasasında debüt etdi. Radomyakın Katovise ilə oyununu 2:1 qalib gətirdiyi bu görüşdə Məmmədov 90+2-ci dəqiqədə sahəyə daxil olub.
202938

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni klubu “Radomyak” Polşa Ekstraklasasında mövsümün ilk oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Radom təmsilçisi səfərdə “Katovise” ilə qarşılaşıb.

Oyun “Radomyak”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rahil bu oyunda meydana çıxmaqla yeni klubunda debüt edib. O, 90+2-ci dəqiqədə oyuna daxil olub.
Məmmədov bir neçə gün əvvəl “Radomyak”la 2 illik müqavilə imzalayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin