Arda Turanın anası həbs edildi

Hazırda oxunan: Arda Turanın anası həbs edildi

202733

Evində qanunsuz tikinti aparmaq ittihamı ilə mühakimə olunan Arda Turanın anası Yüksel Turan “Tikinti çirklənməsinə səbəb olmaq” ittihamı ilə 10 ay həbs cəzasına məhkum edilib. 

Bizim.Media Lent.az-a istinadla xəbər verir ki, “Eyüpspor”un baş məşqçisi Arda Turanın anası Yüksel Turan barəsində qanunsuz tikinti apardığı iddiası ilə açılan işdə qərar verilib. 
Araşdırmalar nəticəsində 5 ilə qədər həbsi istənən Yüksel Turan 10 ay müddətinə azadlıqdan məhrum edilib. 

Məlumata görə, Arda Turanın böyüdüyü Bayrampaşa rayonundakı evində qanunsuz tikinti olduğu üzə çıxıb və anası Yüksel Turana qarşı iddia qaldırılıb. 

Bayrampaşa bələdiyyəsi tərəfindən aparılan araşdırmalarda zirzəmi, torpaq, 1, 2 və 3-cü mərtəbələrdən ibarət binada yaşayış olduğu, lakin 2020-ci ildə binaya qeyri-qanuni çardaq əlavə edildiyi müəyyən edilib. 
Yüksel Turan ‘Tikintinin çirklənməsinə səbəb olmaq’ ittihamı ilə 10 ay həbs cəzasına məhkum edilib. Bildirilib ki, Yüksel Turana verilən həbs cəzası hüquqi proseslər tamamlanaraq və hüquqi prosedurlar həyata keçirilməklə yerinə yetiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin