Abdulla Rzayev yeni mövsümü "Sabah"da keçirəcək. Baş məşqçi Krunoslav Renduliç belə qərar verib.
Bizim.Media xəbər verir ki, xorvatiyalı mütəxəssis cinah müdafiəçisinin Slovakiya toplanışındakı performansından razı qalıb.
22 yaşlı arxa xətt oyunçusu ötən mövsüm "Araz Naxçıvan"da icarədə olub. Yaxşı mövsüm keçirən Abdullanın xidmətində bir neçə Premyer Liqa təmsilçisi maraqlı idi. Amma Renduliç gənclər millimizin üzvünü təlim-məşq toplanışına aparmağa qərar vermişdi. O, ümidləri doğrultmayacağı təqdirdə yenidən icarəyə göndəriləcəkdi.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:53 / 18.07.2024
“Sabah” bu futbolçunu komandada saxlayacaq
Hazırda oxunan: “Sabah” bu futbolçunu komandada saxlayacaq
Hazırda oxunan: “Sabah” bu futbolçunu komandada saxlayacaq
202530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.