Millimizin üzvü Albaniya klubuna keçmək İSTƏMƏDİ

Hazırda oxunan: Millimizin üzvü Albaniya klubuna keçmək İSTƏMƏDİ

202462

Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərli “Boluspor”dan ayrılmayıb. 

Bizim.Media yarımmüdafiəçiyə "Partizani" maraq göstərir. 

Albaniya klubu futbolçunun razılığını da alıb və rəsmi müqavilə imzalamaq an məsələsi olub. Tərəflər bütün detallarda razılığa gəlsə də, Vüsal sonda “Boluspor”da qalmağa üstünlük verib. 

Buna səbəb isə “Boluspor” rəhbərliyinin qalmaq qərarı almasıdır. Halbuki bundan əvvəl klub rəhbərliyində dəyişiklik olacağı gözlənilirdi. Vüsal da məhz bu səbəbdən Türkiyə klubunu tərk etmək haqda düşünürdü.

Lakin sonradan rəhbərliyin qalmaq qərarı verməsi, Vüsalın da "Partizani"dən imtina etməsinə səbəb olub.

Qeyd edək ki, İsgəndərli 2024-cü il yanvar ayında "Boluspor"a keçib. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin