Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı hücumçusu Neymar yenidən məşqlərə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun yeni mövsümdən komandasına kömək edəcəyi qeyd olunur.
32 yaşlı futbolçu ötən ilin oktyabrında dizindən zədələnmişdi.
Klub həkimləri isə futbolçunun zədəsini bərpa etdiyini və yenidən yaşıl meydanlara qayıtdığını bildiriblər.
Qeyd edək ki, Neymar daha əvvəl PSJ, "Barselona" və "Santos" klublarında çıxış edib. O, Braziliya millisində 128 oyun keçirib və 79 qol vurub.
Bizim.Media