Mayın 5-də futbol üzrə UEFA Çempionlar Liqasının daha bir yarımfinal oyun keçirilib.
Bizim.Media xəbər verir ki, mərhələnin ikinci oyun günündə “Çelsi” klubu doğma azarkeşlər önündə “Stenford Bric” stadionunda “Real Madrid” komandasını qəbul edib.
Görüş London təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb - 2:0. Oyunda hesabı “Çelsi” klubu matçın 28-ci dəqiqəsində açıb. Timo Verner fərqlənib.
Fasilədən sonra hücumların artıran Tomas Tuxelin yetirmələri rəqibini ikinci dəfə cəzalandırıb.
Meydana təzə çıxan Kristian Pulişiçin cinah ötürməsinsən sonra hamıdan tez topa yetişən Meyson Mount hesab arasındakı fərqi iki topa çatdırıb.
Bu komandaların arasında Madriddə keçirilən görüş 1:1 hesabı ilə başa çatmışdı. Beləliklə, iki oyunun nəticəsinə əsasən “Çelsi” klubu qitənin ən nüfuzlu klub turnirinin finalına yüksəlib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk finalçısı ötən gün “Paris Sen-Jemen” klubunu iki oyunun nəticəsinə əsasən (2:1, 2:0) məğlub edən olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:03 / 06.05.2021
“Çelsi” Çempionlar Liqasında finala çıxdı - “Mançester Siti” ilə qarşılaşacaq
Hazırda oxunan: “Çelsi” Çempionlar Liqasında finala çıxdı - “Mançester Siti” ilə qarşılaşacaq
Hazırda oxunan: “Çelsi” Çempionlar Liqasında finala çıxdı - “Mançester Siti” ilə qarşılaşacaq
20240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.