"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov tərəfindən bahalı avtomobil nömrəsi hədiyyə edildiyinə dair məlumatlar yayılıb. Məlumatda generalın Ağdam klubunun çalışdırıcısına 77-QQ-777 dövlət nömrə nişanını bağışladığı vurğulanıb.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı "Qarabağ" klubunun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev "Qafqazinfo"ya açıqlama verib.
Klub rəsmisi yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:
"Bu xəbər nəyə əsasən ortaya atılıb, bizə məlum deyil. Xəbər reallığı əks etdirmir. Yayılan fotodakı nə avtomobilin, nə də həmin nömrənin Qurban Qurbanova aidiyyəti var".
Bizim.Media
- A-
- A
- A+
İdman
22:29 / 15.07.2024
Qurban Qurbanova sərvət dəyərində nömrə hədiyyə edilib?
Hazırda oxunan: Qurban Qurbanova sərvət dəyərində nömrə hədiyyə edilib?
Hazırda oxunan: Qurban Qurbanova sərvət dəyərində nömrə hədiyyə edilib?
202191
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.