Ramil Şeydayev Türkiyənin "Kocaelispor" klubundan ayrılıb.
Bizim.Media xəbər verir ki, 28 yaşlı hücumçu "Topuk Yaylası"nda hazırlıq keçən I Liqa təmsilçisinin düşərgəsini tərk edib. Bu barədə "Özgur Kocaeli" saytı məlumat yayıb.
Azərbaycan milli komandasının üzvü "Kocaelispor"dan almalı olduğu 140 min avronun yarısından imtina edib. Təcrübəli forvard azad agent statusu alıb. Ön xətt oyunçusunun yaxın günlərdə "Neftçi" ilə müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, Ramil Şeydayev 2023/2024 mövsümünün ikinci yarısında "Kocaelispor"da çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:17 / 13.07.2024
Şeydayev Türkiyə klubundan ayrıldı – “Neftçi”yə gəlir
Hazırda oxunan: Şeydayev Türkiyə klubundan ayrıldı – “Neftçi”yə gəlir
Hazırda oxunan: Şeydayev Türkiyə klubundan ayrıldı – “Neftçi”yə gəlir
201797
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.