“Araz Naxçıvan” braziliyalı oyunçu transfer etdi

Hazırda oxunan: “Araz Naxçıvan” braziliyalı oyunçu transfer etdi

Araz Naxçıvan, UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək braziliyalı futzal oyunçusu Alisson Damasceno Masiel Kadinyo ilə anlaşdı. Kadinyo, mövsüm sonuna qədər Araz-Naxçıvan'ın formasını geyinəcək. Cari ilin yanvarından Qazaxıstanın 'Jetisu' klubunda çıxış edən 29 yaşlı futzalçı, daha əvvəllər ESMAC, Guarani, Ribera Navarra və Nantes Metropole klublarında oynamışdır. Araz-Naxçıvan UEFA Çempionlar Liqasının ilkin mərhələsində Sparta Belfast, Sillamae Silla və Uddevalla klubları ilə oynayacaq.
201725

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” transfer çalışmalarına başlayıb. 

Bizim.Media xəbər verir ki, ölkə çempionu braziliyalı Alisson Damasceno Masiel Kadinyo ilə anlaşıb. 

Braziliyalı cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. O, cari ilin yanvarından Qazaxıstanın “Jetisu” klubunda çıxış edib. 
Məlumat üçün qeyd edək ki, bu komandanın baş məşqçisi Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın keçmiş oyunçusu və baş məşqçisi Biro Jadedir. Kadinyo Braziliyada ESMAC və “Guarani” klublarında çıxış etdikdən sonra İspaniya “Ribera Navarra”sına keçib.

Burada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/23-cü il mövsümündə Fransa “Nantes Metropole”sinin uğurları üçün tər töküb. 

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sparta Belfast” (Şimali İrlandiya), “Sillamae Silla” (Estoniya) və “Uddevalla” (İsveç) klubları ilə qarşılaşacaq.

Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin