2024/2025 mövsümünün ilk avrokubok oyunları UEFA reytinqinə təsir edib.
Bizim.Media xəbər verir ki, Slovakiyanın “Slovan” (Bratislava) klubu Çempionlar Liqasının təsnifat mərhələsinin 1-ci mərhələsinin ilk oyununda Şimali Makedoniyanın “Struqa” klubuna (4:2) qalib gəlib (4:2).
Bu da Azərbaycanın reytinqdəki mövqeyinə birbaşa təsir edib. Beləliklə, Slovakiyanın aktivinə 0,25 bal əlavə edilib ki, bunun sayəsində beş il ərzində ümumilikdə 16,875 bal toplayaraq Azərbaycanı (16,750) qabaqlayıb. Azərbaycan cədvəldə 26-cı yerdədir, Bolqarıstan (16,500) isə 27-ci pilləni tutur.
Qeyd edək ki, Azərbaycan üçün avrokubok mövsümü bu gün başlayır. “Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldova “Şerif”i ilə qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
15:06 / 11.07.2024
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişdi
Hazırda oxunan: Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişdi
Hazırda oxunan: Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişdi
201566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.