Bodibildinq üzrə dəfələrlə Azərbaycan çempionu olmuş idmançı Şükran Soltanov əzələsində yırtılma səbəbi ilə əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a idmançının özü məlumat verib.
Şükran Soltanovun sözlərinə görə, hazırda səhhəti yaxşıdır:
"Əslində zədəm Avropa çempionatı zamanı yaranmışdı. Buna baxmayaraq, çempion olmuşdum. Daha sonra yaranı müalicə etsəm də, xeyri olmamışdı. Buna görə də beş saat çəkən əməliyyata girməli oldum. Hazırda özümü yaxşı hiss edirəm, lakin həkimlər minimum yeddi həftə məşq edə bilməyəcəyimi deyirlər. İki-üç gün xəstəxanada qaldıqdan sonra evə buraxılacağam".
Qeyd edək ki, Şükran Soltanov İspaniyanın Barselona şəhərində keçirilmiş bodibildinq üzrə Avropa çempionatının qızıl medalına sahib çıxıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:05 / 10.07.2024
Azərbaycan çempionu xəstəxanaya yerləşdirildi
Hazırda oxunan: Azərbaycan çempionu xəstəxanaya yerləşdirildi
Hazırda oxunan: Azərbaycan çempionu xəstəxanaya yerləşdirildi
Azərbaycan çempionu Şükran Soltanov əzələsində yırtılma səbəbi ilə əməliyyat olunub. Soltanovun sağlamlığı yaxşıdır və bir müddət məşq etməyəcəkdir.
201460
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.