Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatının FİNALINDA

Hazırda oxunan: Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatının FİNALINDA

200804

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da mübarizəyə start verilib.

Camal Abbasov (61 kq) italiyalı Paskuale Liuzziyə (7:2), slovakiyalı Robert Meszarosa (10:0) və belaruslu Yanis Katoka (tuş) qalib gələrək yarımfinala yüksəlib. Camal yarımfinalda türkiyəli Tolqa Özbekdən güclü olub – 5:1. Abbasov finalda rusiyalı Andrey Midlovetslə qarşılaşacaq.

Əhməd Əhmədli (74 kq) təsnifat mərhələsində türkiyəli İbrahim Yapraka 1:4 hesabıyla məğlub olub.

Sadiq Mustafazadə (86 kq) israilli Tomer Drojniyaka (10:0), ukraynalı Pavlo Vaskovskiyə (12:2) və belaruslu Aleksey Kulakova (6:5) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Sadiq yarımfinalda moldovalı Aleksandru Borsla gərgin mübarizə şəraitində keçən qarşılaşmada sevinən tərəf olub – 9:7. Mustafazadə finalda rusiyalı İbrahim Kadiyevlə güləşəcək.

Anar Cəfərli (92 kq) italiyalı Vassili Quccini (12:0) və belaruslu Vadim Bandarkov (8:0) üzərində inamlı qələbə qazanıb. Anar yarımfinalda bolqarıstanlı Sali Saliyevə də heç bir şans tanımayıb – 10:0. Cəfərli finalda rusiyalı Mustafagadji Malaxdibirovla üz-üzə gələcək.
Yusif Dursunov (125 kq) ermənistanlı Henrik Haykyanı (4:3) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Xabib Davudqadjiyevlə bacarmayıb – 2:10. Rəqib finaladək irəlilədiyi üçün Yusif sabah təsəlliverici görüşdə italiyalı Martino Piliero ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin