Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətini də komplektləşdirməyə çalışır.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi bu dəfə braziliyalı mərkəz yarımmüdafiəçi Karlos Jatoba ilə anlaşıb.
29 yaşı sentyabrda tamam olacaq futbolçu tibbi müayinədən keçib və mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğurları üçün tər tökəcək.
Onun sonuncu klubu Rumıniya “Politexnika Lasi”si olub. İtaliya pasportuna da sahib olan futbolçu buna qədər vətənində “Firquerense”, “Korintians”, “Londrina”, “Atletiko”, “Brazil Pelotas”, “Santo Andre”, “Sao Bento”, Bolqarıstanın “Dunav”, Portuqaliyanın “Sportinq” komandalarında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” Jatobaya qədər Tərlan Əhmədli, Ürfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadəni heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço, Küzmanoviçlə müqaviləni yeniləyib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:53 / 05.07.2024
“Araz Naxçıvan” “Sportinq”in sabiq futbolçusunu transfer etdi - FOTO
Hazırda oxunan: “Araz Naxçıvan” “Sportinq”in sabiq futbolçusunu transfer etdi - FOTO
Hazırda oxunan: “Araz Naxçıvan” “Sportinq”in sabiq futbolçusunu transfer etdi - FOTO
200647
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.