Azərbaycanlı boksçuya ömürlük CƏZA VERİLDİ 

Hazırda oxunan: Azərbaycanlı boksçuya ömürlük CƏZA VERİLDİ 

Azərbaycanlı boksçuya ömürlük cəza verildi. Rusiya Boks Federasiyası, Cavid Rzayevi Hardkor təşkilatının turnirindəki hadisədən sonra yarışlardan ömürlük kənarlaşdırdı.

200562

Rusiya Boks Federasiyası Cavid Rzayevi Hardkor təşkilatının turnirindəki qalmaqaldan sonra yarışlardan ömürlük kənarlaşdırıb. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bununla əlaqədar Hardkor liqasından turnirlərin keçirilməsi üçün alınmış  lisenziya bərpa edilib. 

Xatırladaq ki, azərbaycanlı boksçu Rusiya idmançısı Sergey Prixodkonu məğlub etdikdən sonra digər boksçu Artur Kulinskini “rus donuzu” adlandıraraq təhqir etmişdi. Ardınca Rzayev dava salmaq istəsə də, aparıcı tərəfindən dayandırılmışdı.
Qalmaqaldan sonra Rusiya Boks Federasiyası Baş Prokurorluğa azərbaycanlı döyüşçünün ekstremizmlə bağlı ifadələrinin yoxlanılması tələbini də göndərmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin