Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlılar arasında Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 59 kiloqram çəkidə yarışan R. Məmmədova finalda rusiyalı Yelena Kurova ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən görüş qarşılıqlı xallarla keçib. Əzmkarlıq göstərən güləşçimiz yekunda 14:10 hesablı qələbə ilə Avropa çempionu olub.
Elvina Kərimzadə (50 kiloqram) təsəlliverici görüşdə bolqarıstanlı Emine Osmandan güclü olub – 6:3. Ancaq bürünc medal uğrunda qarşılaşmada finlandiyalı Roberta Luostarinenə uduzub – 0:10.
Nərgiz Səmədova (55 kiloqram) təsəlliverici görüşdə polşalı Nikola Vişnievskanı “tuş”la mübarizədən kənarlaşdırıb. Həmyerlimiz üçüncü yer uğrunda həlledici qarşılaşmada rusiyalı Yekaterina Çikanovaya məğlub olub – 1:8.
Fatimə İsayeva (68 kiloqram) təsəlliverici görüşdə polşalı Karolina Domaşuka müqavimət göstərə bilməyib – 0:10.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:19 / 04.07.2024
Qadın güləşçimiz Avropa çempionu oldu
Hazırda oxunan: Qadın güləşçimiz Avropa çempionu oldu
Hazırda oxunan: Qadın güləşçimiz Avropa çempionu oldu
Qadın güləşçimiz Avropa çempionu oldu. Azərbaycanın güləşçisi Ruzanna Məmmədova 59 kiloqram çəkidə yarışıb və finalda Avropa çempionu olaraq qızıl medal qazanıb.
200493
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.