Azarkeşi döyən stüardlar həbs ediləcəklər

Hazırda oxunan: Azarkeşi döyən stüardlar həbs ediləcəklər

200342

Frankfurt polisi AVRO-2024-ün 1/8 final mərhələsində stüardların Portuqaliya - Sloveniya matçının azarkeşini döydüyünü əks etdirən videodan sonra araşdırmaya başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Frankfurt polisi artıq məsələni nəzarətə götürüb. 

Azarkeşi döyən stüardların məsuliyyətə cəlb ediləcəyi bildirilib. Bundan əvvəl UEFA məsələ ilə əlaqədar açıqlama yayıb. Qurum azarkeşi döyən stüardları qınayıb.

Qeyd edək ki, hadisə Frankfurtdakı "Doyçe Bank Park" stadionunda yaşanıb. Oyundan sonra Portuqalya mediasının yaydığı videodan görünür ki, portuqaliyalı olduğu ehtimal edilən iki azarkeş stüardlar tərəfindən döyülüblər. Onlardan biri başından yumruq və təpik zərbələri alıb.
Bu zaman həmin stüarda onun həmkarları da kömək edib. Digər azarkeş isə bu vaxt yerdə uzanılı vəziyyətdə qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin