Güləşçimiz Avropa çempionatının finalına çıxdı

Hazırda oxunan: Güləşçimiz Avropa çempionatının finalına çıxdı

200316

Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında qadınların mübarizəsinə start verilib. 

Bizim.Media xəbər verir ki, bir güləşçimiz finala vəsiqə qazanıb. 

59 kq çəki dərəcəsində yarışan Ruzanna Məmmədova ilk görüşdə almaniyal Luna Rotenbergerə (12:2), sonra rumıniyalı Ana Mariya Puiuya (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. 
Ruzanna yarımfinalda litvalı Anna Tieliegina qarşılaşıb. 9:5 hesabı ilə qalib gələn güləşçimiz finala yüksəlib. O, həlledici görüşdə Yelena Kurova (AİN) ilə üz-üzə gələcək.

Elvina Kərimzadə (50 kq), Nərgiz Səmədova (55 kq) və Fatimə İsayeva (68 kq) təsəlliverici görüşlərə qatılacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin